Bakının Binəqədi rayonunda birmərtəbəli evdə yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 25 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 6 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 12 kv.m sahədə əriyib.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.