Binəqədi rayonunda yerləşən yaşayış evində yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 14 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 80 kv.m olan birmərtəbəli, 3 otaqlı evdə qeydə alınıb. Nəticədə 1 otaq 15 kv.m sahədə yanıb. Yüksək temperaturdan sanitar qovşağının qapısı əriyib. Evin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.