Bakının Binəqədi rayonunda yanvarın 16-da iki bitişik evdə yanğın baş verib. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hər iki evin dam örtüyü, evlərdən birinin yanar konstruksiyaları yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb, evlərin qalan hissəsi alovdan mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.