Binəqədi rayonunda evdən qızıl-zinət əşyaları oğurlanıb. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əcnəbi vətəndaş olan bir nəfər rayon ərazisində yerləşən mənzillərin birindən 12.000 AZN dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.