Paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində 2 qadın evdən oğurluq edib. Bu haqda bu gün, 20 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bərdə rayon sakini Aynurə Məmmədova və Bakı şəhər sakini Samirə Süleymanova evlərin birindən 3000 AZN pul və 1415 AZN dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.