Bakının Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində daha bir oğurluq əməlini törətməkdə şübhəli bilinən qadın saxlanılıb. Bu haqda bu gün, 8 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Qəsəbə ərazisindəki mənzillərin birindən cari il avqust ayının 20-dən oktyabr ayının 6-dək olan müddətdə 28.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə müraciət daxil olub.
Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin əməkdaşları əməliyyat tədbirləri nəticəsində sözügedən əməli törətməkdə şübhəli bilinən həmin mənzildə xadimə işləyən Salyan rayon sakini İ.Həsənova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Həmçinin, bu gün məlum olub ki, M.Ə.Rəsulzadə qəsəbəsində evlərin birindən 500 manat pul və içərisində 890 manat dəyərində geyim əşyaları və telefon aksesuarları olan çantasını oğurluqmaqda şübhəli bilinən qadın saxlanılıb.