Yenilənib
Süleyman Sani Axundov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının mənzilində baş vermiş yanğın söndürülüb. FHN-dən əldə olunan məlumata əsasən, alışma 2 otaqlı mənzilin 1 otağında qeydə alınıb.
Yanğınsöndürənlər 5 nəfəri təxliyə ediblər. Yanğın qısa zamanda söndürülüb.
11:27 - "Azadlıq" metro stansiyasının yaxınlığında yaşayış binası yanır
Bakının Binəqədi rayonu, "Azadlıq" metro stansiyasının yaxınlığında yaşayış binası yanır. Bu haqda bu gün, 13 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
İlkin məlumata görə, doqquzmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində yerləşən mənzillərin birində yanğın başlayıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb ediliblər.
Xəbər yenilənəcək.
[video width="1280" height="720" mp4="https://bakuplus.az/storage/photos/2023/03/15.mp4"][/video]