Bakının Binəqədi rayonu ərazisində 4 evdən su sayğacı, qaz sayğacı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini A.Səmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.