Binəqədi rayonunda gənc oğlan yol qəzasına düşüb. Bu haqda bu gün, 8 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə metronun “Azadlıq” stansiyasının yanında baş verib. 22 yaşlı Murad Səmədov avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada sol baldır sümüklərinin qırığı ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam edir.