Bakının Binəqədi qəsəbəsində gənc oğlan bıçaqlanıb. Bu haqda bu gün, 7 aprel tarixində APA məlumat verib.
DSK yolu kimi tanınan ərazidə 27 yaşlı Fərid Babayev əlbəyaxa dava zamanı tanış insanı tərəfindən üç bıçaq zərbəsi alıb. Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.