Binəqədi rayonunda yerləşən gözəllik salonunda oğurluq edilib. Bu haqda bu gün, 5 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Ə.Naxçıvani küçəsində baş verib. Şabran rayon sakini, əvvəllər məhkum olunmuş N.Ağamuradov gözəllik salonlarının birindən Bakı şəhər sakini olan qadının içərisində pul və mobil telefonu olan çantasını oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.