Binəqədi rayonunda saxlanılan şəxs həbsdə ölüb.
APA xəbər verir ki, oğurluq əməllərinə görə 1 ay müddətinə inzibati qaydada həbs olunmuş 52 yaşlı Kərəm Mərdan oğlu Bayramov ürək tutmasından vəfat edib.
O, əvvəllər narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunub. Onun narkotik aludəçisi olması, xroniki alkoqolizmdən əziyyət çəkdiyi bildirilir.
Fakt üzrə araşdırma aparılır.