Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Fevralın 9-da Rüstəm Müslümovun idarə etdiyi “Haval” markalı avtomobil işıq cihazlarından düzgün istifadə edilmədiyi üçün DYP əməkdaşları tərəfindən saxlanılıb. Belə ki, Binəqədi rayonu ərazisində sürücünün sənədlərinə baxış keçirilən zaman onun narkotik vasitənin təsiri altında olması müəyyən olunub və avtomobil duracağa yerləşdirilib.
Sürücü barəsində protokol tərtib olunub. Məhkəmənin qərarı ilə Müslümov 2 il müddətinə sürücülük hüququndan məhrum edilib və 8 gün müddətinə inzibati qaydada həbs olunub.