Binəqədi rayonunda 2 avtomobil toqquşub. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Məsud Davudoğlu və Mirzə Məhəmməd Xan küçələrinin kəsişməsində baş verib. Ərazidə “Hyundai” və “Prius” markalı minik avtomobilləri toqquşub.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Təfərrüatlar araşdırılır.