Binəqədi rayonunda yol qəzası nəticəsində bir neçə nəfər xəsarət alıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 4 noyabr tarixində xəbər verir.
Xocəsən qəsəbəsində iki avtomobil toqquşub.
Hadisə nəticəsində 41 yaşlı Nərmin İmanova və daha iki nəfər (ad və soyadları dəqiqləşdirilir - red.) xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Fakt araşdırılır.