Bakının Binəqədi rayonu, Məmməd Səid Ordubadi küçəsində iki “Toyota Prius” markalı avtomobil toqquşub. Bu haqda bu gün, 22 sentyabr tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Hərəkətdə olan zaman “Toyota Prius” digər “Prius”a çarpılıb. Sürücülər xəsarət almayıblar. Nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib.
Verilən məlumata görə, hər iki sürücü taksi fəaliyyəti ilə məşğul olur.