Binəqədi rayonunda yerləşən ikimərtəbəli evdə yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 250 kv.m olan 6 otaqlı evdə qeydə alınıb. Nəticədə evin mətbəxi 20 kv.m sahədə, eləcə də 1 ədəd paltaryuyan, 1 ədəd soyuducu, 1 ədəd qaz peçi və 1 ədəd kondisioner yanıb. Evin digər hissələri və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.