Binəqədi rayonunda köşk yanıb. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 2 kv.m olan köşkün taxta üzlüyü tamamilə, eləcə də içərisindəki əşyalar, elektrik kabeli və bitişik ümumi sahəsi 6 kv.m olan talvar kül olub. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.