Binəqədi rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 6 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 25 kv.m olan taxta konstruksiyalardan ibarət köməkçi tikilidə qeydə alınıb. Nəticədə köməkçi tikili tam, eləcə də digər köməkçi tikilinin dam örtüyü 2 kv.m sahədə yanıb. Ətrafdakı digər infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.