Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində mağazada kütləvi dava zamanı 5 nəfər xəsarət alıb. Bu haqda bu gün, 31 may tarixində APA məlumat verib.
20 yaşlı Vasif Xəlilov, 21 yaşlı Hüseyn Yusubov və 16 yaşlı Firat İbrahimli iki nəfər naməlum şəxslə əlbəyaxa dava ediblər. Dava zamanı hər üç şəxs bıçaq xəsarətləri ilə, digər iki nəfər bədənin müxtəlif nahiyələrinin əzilmiş yaraları ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.