Binəqədi rayonunda kafedə yanğın olub. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 100 kv.m olan ictimai iaşə obyektində baş verib. Nəticədə taxtadan ibarət konstruksiyalar 55 kv.m sahədə yanıb. Yüksək temperaturdan mətbəxin tavanı 30 kv.m sahədə əriyib. Kafenin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.