Bakının Binəqədi rayonu ərazisindəki kafelərin birində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 17 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, paytaxt sakininə məxsus olan pulqabıdan 90 manat pul və bank kartı oğurlanıb. Daha sonra həmin kartdan 493 manat dəyərində alış-veriş edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı sakini, əvvəllər məhkum olunmuş Mehdi Cəlilov saxlanılıb. Araşdırma davam edir.