Bakının Binəqədi rayonunda sürücün xəsarətlər alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 22 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
“KamAZ” markalı yük avtomobili yol kənarında olan maneəyə çarpılıb, nəticədə sürücü sıxılmış vəziyyətdə içəridə qalıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar.
Xilasedicilərin köməkliyi ilə sürücü, 69 yaşlı Fikrət Zülfiqarov xilas edilib və təcili tibbi yardım briqadasına təhvil verilib.