Binəqədi rayonunda avtomobil təmiri sexi yanıb. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 150 kv.m olan 2 boksdan ibarət avtomobil təmiri sexinin sahəsində baş verib. Nəticədə 25 kv.m sahəsi olan bir boks və içərisində yığılan avtomobil ehtiyat hissələri yanıb. Yüksək temperaturdan digər boksun tavanı 10 kv.m sahədə əriyib. Həmçinin 1 nəfər yanıq xəsarətləri alıb. Ətrafdakı digər infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.