Bakının Binəqədi rayonu, 28 May qəsəbəsində yerləşən “Şamlıq” adlanan yaşıllıq ərazidə gənc oğlan bıçaqlanıb. Bu haqda bu gün, 31 iyul tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
Paytaxt sakini, 32 yaşlı Ruslan Sarıbalayev tanışı, 25 yaşlı Elşən Əliyevə bıçaqla xəsarətlər yetirib. Bıçaqlanan gənc xəstəxanaya aparılıb.
Əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.