İtkin düşən 14 yaşlı Əsnat Həsənli tapılıb.
Bildirilib ki, 8-ci sinif şagirdi hazırda Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə dərsdədir.
10:40 - Binəqədidə məktəbli qız 4 gün əvvəl itkin düşüb
Binəqədi rayonunda 14 yaşlı qız itkin düşüb. Bu haqda bu gün, 12 fevral tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Hadisə fevralın 9-da baş verib. Dərnəgül qəsəbəsinin A.Gəraybəyli küçəsi, ev 31A, mənzil 1 ünvanında yaşayan 8-ci sinif şagirdi Əsnat Həsənli evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Faktla bağlı məktəblinin anası Kəmalə Həsənova fevralın 10-da polis bölməsinə müraciət edib.
Araşdırma aparılır.