Binəqədi rayonunda marketdən oğurluq edən şəxs saxlanılıb. Bu haqda bu gün, 19 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvəllər oğurluğa görə məhkum olunmuş Nurlan Sayadov rayon ərazisində yerləşən 2 marketdən ümumilikdə 100 AZN pul, 3000 AZN dəyərində tütün məmulatı və 1000 AZN dəyərində qol saatını oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırma aparılır.