Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən avtoservislərin birində oğurluq baş verib. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Avtoservisdən “Mercedes” markalı avtomobilin 2500 manat dəyərində mühərriki oğurlanıb. Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlər nəticəsində əməldə şübhəli bilinən Gəncə şəhər sakini Orxan Quliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.