Paytaxt ərazisində minik avtomobili alovlanıb. Bu haqda Bakuplus.az 24 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Hadisə Binəqədi rayonunda qeydə alınıb. "Mercedes" markalı minik avtomobilinin arxa oturacaqları və yük yeri qismən yanıb.
Əraziyə cəlb edilən yanğınsöndürənlər avtomobilin qalan hissələrini alovdan mühafizə ediblər, yanğın söndürülüb.