Binəqədi rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 30 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma adıçəkilən rayon ərazisində dayanan “VAZ” markalı nəqliyyat vasitəsində qeydə alınıb. Nəticədə avtomobil tamamilə kül olub. Yaxınlıqdakı digər maşınlara və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.