Paytaxtın Binəqədi rayonunda iyulun 5-də S.Bəhlulzadə küçəsindən moped oğurlanıb. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.