Binəqədi rayonunda narkokuryerlik edən şəxslər saxlanılıblar. Bu haqda 23 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Ötən gün narkokuryerliklə məşğul olan Kamran Talıbov Binəqədi qəsəbəsi, Gülüstan küçəsi ərazisində saxlanılıb. Onun taksi fəaliyyəti ilə məşğul olduğu “Opel” markalı avtomobilinin yük yerinə baxış zamanı 3 kiloqram heroin aşkar olunub.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan Səid Məmmədov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 3 kiloqramdan artıq heroin aşkar edilib.
Hər iki şəxs xarici ölkələrin birində yaşayan narkotacirlərlə əlaqə yaradaraq onların Bakı şəhəri ərazisində maddi qazanc müqabilində narkokuryerlik təklifi ilə razılaşdıqlarını bildiriblər.
Faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət İşləri başlanılıb. Kamran Talıbov və Səid Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.