Binəqədi rayonunda narkotik alverinə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Bu haqda bu gün, 13 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən tədbirlər nəticəsində Biləcəri və Xocəsən qəsəbələrində 2 ədəd “Kalaşnikov” avtomatı, 59 ədəd patron və 2 ədəd patron darağı aşkar olunub.
Bundan əlavə, Binəqədi rayonu ərazisində fevral ayı ərazində ümumilikdə 51 nəfər saxlanılıb. Onlarda 7 kiloqram müxtəlif növ narkotik maddə aşkarlanıb.
Araşdırmalar davam edir.