Bakının Binəqədi rayonu, Goradil qəsəbəsində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 28 mart tarixində APA məlumat verib.
Naməlum şəxslər Türkiyə vətəndaşı Bəxtiyar Parikakkılıçın evinə pəncərəni sındıraraq giriblər. Mənzildən dəyəri 3000 manata yaxın olan tikinti materialları və usta alətləri talanıb.
Faktla bağlı araşdırma aparılır.