Binəqədi rayonunda pulqabı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 22 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Paytaxt sakinindən içərisində 2970 manatı, 4 ədəd bank kartı və sənədi olan pulqabı oğurlanıb.
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı sakini, əvvəllər məhkum olunmuş R.Mahmudova saxlanılıb.