Binəqədi rayonunda avtomobili qaçırmaq istəyən şəxs nəqliyyat vasitəsi ilə birgə saxlanılıb. Bu haqda Bakuplus.az 30 iyun tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
A.Hüseynov küçəsində “Chevrolet” markalı avtomobilinin qaçırılması barədə Binəqədi RPİ 4-cü Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini S.Ağayev Abşeron rayonu Gənclər şəhərciyində avtomobillə birgə saxlanılıb.
Araşdırma aparılır.