Binəqədi rayonunda eyvandan yıxılan sakin xilas edilib. Bu haqda bu gün, 6 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
39 yaşlı M.Hüseynov doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindəki eyvandan yıxılaraq 1-ci mərtəbədə yerləşən artırmanın damına düşüb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Qadın xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.