İyunun 18-də Bakının Binəqədi rayonu ərazisində bir qadının içərisində 5000 manat pulu olan əl çantası quldurluq yolu ilə talanıb. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Elnur Məcidzadə və bir qadın saxlanılıb, digər bir nəfər də müəyyən edilib.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.