Bakıda qadın dələduzluğa məruz qalıb. Bu haqda bu gün, 13 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə paytaxtın Binəqədi rayonunda baş verib. H.Ələkbərova bir nəfər qadının dələduzluq yolu ilə 10.000 AZN, 10.000 ABŞ dolları və 500 avro pulunu almaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.