Bakının Binəqədi rayonunda Bakı şəhər sakini S.Tağıyevadan metamfetamin aşkar olunaraq götürülüb. Bu haqda bu gün, 13 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Tağıyeva Binəqədi RPİ-nin 40-cı və 5-ci polis bölmələri əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Həmçinin polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satmaqda şübhəli bilinən paytaxt sakini Bahadur Vəliyev də müəyyən olunaraq saxlanılıb. Ondan çəkisi 2 kiloqram 65 qram marixuana götürülüb.
Davam edən tədbirlər nəticəsində B.Vəliyevə narkotik vasitəni satmaqda şübhəli bilinən Xırdalan şəhər sakini Nurlan Tağıyev də tutulub. Ondan 2 kiloqram 167 qram marixuana, yaşadığı evə baxış zamanı isə 13 qramdan artıq heroin, 20 qrama yaxın metamfetamin və metadon həbi aşkar olunaraq götürülüb.
Araşdırmalar davam etdirilir.