Binəqədi rayonunda qadın bıçaqlanıb. Bu haqda bu gün, 14 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
R.Abdurahimova onunla eyni ünvanda kirayədə yaşayan əri Pərvin Abdurahimov tərəfindən bıçaqlanıb. Hadisə ailə münaqişəsi zəminində baş verib. Qadın yaralı vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.