Paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində qamışlıq ərazidə yanğın olub. Bu haqda bu gün, 19 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.