Bakının Binəqədi rayonunda yerləşən 11 saylı təcridxanaya narkotik keçirmək istəyiblər. Bu haqda bu gün, 4 avqust tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
Nağı adlı şəxs məhkum edilmiş İlham Quliyevin yanına ziyarətə gəlib. Onun gətirdiyi sovqatda qaynadılmış ətin içərisində gizlədilmiş 2,209 qram marixuana və 3,545 qram heroin aşkar olunub.
Faktla bağlı araşdırmaya başlanılıb.