Paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsində mağazadan oğurluq edilib. Bu haqda bu gün, 22 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Taleh Hüseynov rayon ərazisində yerləşən mağazaların birindən ümumi dəyəri 1518 AZN olan 2 ədəd qol saatı oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Araşdırmalar davam edir.