Binəqədi rayonunda hərbi sursat aşkarlanıb. Bu haqda bu gün, 3 iyun tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat keçirib. Nəticədə Cavad Əliyevə məxsus 1 ədəd “RQ-42” markalı əl qumbarası və 1 ədəd kustar üsulla hazırlanmış ov tüfəngi aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam edir.