Bakının Binəqədi rayonunda sirkə turşusu içən qadın ölüb. Bu haqda bu gün, 22 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
46 yaşlı Ayna Məhərləmova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tibbi müdaxilələrə baxmayaraq, qadın 2 gün sonra xəstəxanada ölüb.
Onun ailə üzvləri bildiriblər ki, o, evdə turşu bağlayan zaman səhvən sirkə turşusu içib.
Faktla bağlı araşdırma aparılır.