Binəqədi rayonunda sürücü sükan arxasında dünyasını dəyişib. Bu haqda bu gün, 21 avqust tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Süleyman Sani Axundov küçəsində baş verib. 52 yaşlı Şamil Nəsirov dayanmış “Prius” markalı nəqliyyat vasitəsinin içində qəfil ölüb. O, ürəktutmadan dünyasını dəyişib.
Mərhum müayinə olunması üçün morqa yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.