Binəqədi rayonunda 2 sərnişin avtobusu toqquşub. Bu haqda bu gün, 24 iyul tarixində Bakuplus.az Daxili işlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Xocəsən şosesində baş verib. “İsuzu” markalı avtobus qarşıda sərnişin mindirmək üçün dayanan eyni markalı nəqliyyat vasitəsinə çarpılıb. Nəticədə 4 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.