Binəqədi rayonunda oğlan intihar etmək istəyib. Bu haqda bu gün, 7 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun 9-cu mikrorayon ərazisində baş verib. 39 yaşlı Namiq Zeynalov yaşadığı evdə özünü asıb. O, yaxınlarının köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
N.Zeynalov uzun müddət İctimai Televiziya və Radio Yayımları Şirkətində işləyib. Hazırda o, Azərbaycan Dövlət Televiziyasında çalışır.