Bakıda liftdə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə paytaxtın Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən doqquzmərtəbəli binada baş verib. 1 nəfər şəxs binanın 4-cü mərtəbəsində liftdə köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Sakin xilas edilərək aidiyyəti üzrə təhvil verilib.